Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Tədbirlər
5 Yanvar , 2021


Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələr kimi ədəbiyyat sahəsini də hər zaman diqqət mərkəzində saxlayır, görkəmli ədəbi şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, ədəbiyyatımızın bütün dünyada təbliğ olunmasına önəm verir. Dövlət başçısının böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etməsi də bu qəbil tədbirlərdən idi. Ölkə başçısının son dövrlərdə bu istiqamətdə imzaladığı müvafiq qərar və sərəncamlar klassik ədəbiyyat nümayəndələrinin daha da tanıdılmasına xidmət edir.

Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə, klassik irsimizə olan münasibətindən qaynaqlanır. Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Şairin yaşayıb-yaratdığı XII əsr mədəni-elmi nailiyyətlərlə zəngin bir dövr idi. Şairin əsərlərindən anlaşılan budur ki, o, təhsilini də öz doğma şəhərində almiş, hələ çox gənc ikən ərəb, pəhləvi, fars və çox güman ki, yunan dilini də öyrənmiş, zəmanəsinin elmlərinə dərindən yiyələnmişdir. O dövrdə Gəncə şəhərində təhsil almaq üçün kifayət qədər geniş imkanlar var idi. Şair “Xəmsə”də adının İlyas, atasının adının Yusif, babasının adının Zəki Müəyyəd olduğunu göstərmişdir.

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilib