Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Tədbirlər
2 Avqust , 2019

2 avqust 2019-cu il tarixdə Tərtər rayon MKS-nin Oxuculara xidmət şöbəsində Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Novruzovun anadan olmasının 50 illiyi ilə əlaqədar anım günü keçirilib. Tədbiri giriş sözü ilə açan Müzəyyəm Quliyeva bildirib ki, 1988-ci ildə gizli yaranan Xocalının Müdafiə Şurasının ilk beş üzvündən biri Ələsgər Novruzov olmuşdur. Azğınlaşmış ermənilərə qarşı keçirilən əks əməliyyatlarda Ələsgər həmişə fərqlənmişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımında soydaşlarımızın təhlükəsizliyini təmin etmək üçün var gücü ilə vuruşmuşdur. Düşmənlər böyük çətinliklə Ələsgər  Novruzovu əsir götürmüş və böyük işgəncə ilə qətlə yetirmişlər. Doğma kəndi Kürdhacıda dəfn edilmişdir. Ailəli idi. Üç övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı Fərmanı ilə Novruzov Ələsgər Xanlar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir. Şöbədə “Milli Qəhrəmanı Ələsgər Novruzov” başlıqlı sərgi nümayiş olunub.

 

Foto Qalereya