Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Tədbirlər
31 İyul , 2019

 

31    iyul 2019-cu il  tarixdə Tərtər  rayon  MKS-nin Oxuculara  xidmət  şöbəsində

“1 avqust  Azərbaycan Əlifbası və Azərbaycan Dili  günüdür” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri  giriş sözü  ilə açan  Ətrabə Süleymanova  çıxış edərək  bildirib  ki, 1 avqust ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Bu gün milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Ulu öndər millimənəvi dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atmışdır. Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Şöbədə  “Azərbaycan   Əlifbası və Azərbaycan Dili  günü “ başlıqlı sərgiyə  baxış kecirildi.  Məktəblilər Ana dilimizə, Azərbaycana, Vətənə həsr olunmuş şeirlər səsləndirdilər.

 

Foto Qalereya