Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Tədbirlər
11 İyun , 2019

11 iyun 2019 – cu il  tarixdə Tərtər rayon MKS-nin Oxuculara xidmət şöbəsində  “15 iyun Milli Qurtuluş günüdür”  mövzusunda  dəyirmi  masa keçirilib.  Tədbirdə  Oxuculara xidmət şöbəsinin müdiri Şəlalə Əliyeva məruzə edərək bildirdi ki,  o  dövrdə Azərbaycanda baş verən mürəkkəb hadisələri xatırlamamaq olmaz. Həmin günlərdə hakimiyyətsizliyi yaradan səbəbləri sadalamaqla, ölkədə mövcud olan xaos, mürəkkəb ictimai- siyasi vəziyyət barədə təsəvvür yaratmaqla Ulu Öndərin xilaskarlıq missiyasının əhəmiyyətini dəyərləndirmək hər bir vətəndaşın borcudur. Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları, elan olunmamış müharibə ilə eyni dövrə təsadüf edən hakimiyyətsizlik, separatçılıq həqiqi mənada kövrək müstəqilliyimizi təhlükə altına qoymuşdu. Dağlıq Qarabağda başlanan mitinqlər, Topxana hadisəsi, SSRİ-nin süqutu, səriştəsiz, səbatsız, heç bir dövlətçilik təcrübəsi olmayanların hakimiyyəti zorla ələ alması vətəndaşların sabaha ümidini qırmışdı. Belə bir vaxtda çıxış yolu axtaran xalq üzünü Azərbaycan Demokratik Respublikasının dövlət atributlarını bərpa edən, Naxçıvan MR Ali Məclisinin sədri, bütünlükdə Azərbaycanın suverenliyi naminə tarixi xidmətlər göstərən Heydər Əliyevə tutdu. Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün Bakıya gəlməsini xahiş etdi.

Ətrabə Süleymanova, Almaz Həsənova, Kəmalə İsmayılova, Cəmalə Quliyeva, Rüfanə Fərəcli, Asimə  Seyidova  çıxış edərək, Ümummilli Lider Heydər Əliyevi  haqlı olaraq Azərbaycan xalqının xilaskarı adlandırdılar.Heydər Əliyevin tarixi qayıdışının nəticəsi dünyanın ən dinamik inkişaf edən ölkəsi kimi tanınan bugünkü, müasirləşən, yeniləşən, dünyada mövqeyi möhkəmlənən Azərbaycandır. Bu baxımdan Milli Qurtuluş Günü Azərbaycan xalqı tərəfindən əlamətdar hadisə kimi təntənə ilə qeyd olunur. Çünki bu günün sifarişçisi Azərbaycan xalqıdır.

Kitabxanada “ Xalqa bağlanan ömür”   başlıqlı sərgi nümayiş olunub.

 

Foto Qalereya