Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Haqqımızda
23 Fevral , 2015

 

 Uşaq şöbəsi  uşaqlara  xidmət göstərir. Oxuculara kitabxanadan istifadə qaydaları haqqında məlumat verilir. Hazırda uşaq şöbəsinin 7 minə yaxın kitab fondundan 1144 oxucu istifadə edir.  Şöbədə rənga- rəng  mövzularda mədəni- kütləvi tədbirlər  təşkil edilir. Keçirilən tədbirlərdə uşaqların yaxından iştirakı təmin olunur. Şöbədə uşaqların əl işlərindən ibarət sərgilər təşkil edilmişdir. Hüquqi biliklərin,  vətənpərvərlik ədəbiyyatının təbliği əsas götürülür.  Uşaqların dünya görüşlərinin  formalaşmasında   şöbənin böyük rolu vardır.  “Uşaqlar bizim gələcəyimizdir” başlığı altında geniş sərgi təşkil edilmişdir.   Şöbənin fondunda 4 min latın qrafikalı ədəbiyyat komplektləşdirilərək, oxucuların istifadəsinə verilmişdir.  Şöbənin işçiləri uşaqlarda elmi dünyagörüşün formalaşdırılmasına kitabxanaya cəlb olunmasına səylə çalışırlar.  Məktəblə, bağçalarla əlaqə saxlanılır, rayon ərazisində yaşayan baxımsız və valideyn himayəsindən məhrum olmuş uşaqlar araşdırılır, onların kitabxanaya cəlb olunması, keçirilən mədəni- kütləvi tədbirlərdə iştirakı təşkil edilir.   İşçilər tərəfindən uşaqlarla vətənə, torpağa, anaya məhəbbət hisslərinin aşılanması üçün söhbətlər aparılır, şerlər söylənilir,  ucadan oxucular, rəsm  müsabiqələri, səhnəciklər, kitab müzakirələri təşkil olunur.