Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Haqqımızda
23 Fevral , 2015

Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin 14583 nüsxə  kitab fondundan 2003 nəfər müxtəlif oxucu qrupu istifadə etmişdir.  Hazırda fonda 9 minə yaxın latın qrafikalı kitablar komplektləşdirilmişdir. Oxuculara kitablarla yanaşı dövrü mətbuat nümunələri ilə də xidmət göstərilir.  18 adda qəzet və jurnala abunə olunmuşdur.  Xidmət şöbəsində elektron kitab fondu da yaradılmışdır.  Vaxtaşırı kitab fondu siyasi cəhətdən köhnəlmiş, yararsız hala düşmüş, artıq və təkrar nüsxələrdən təmizlənir, yeni ədəbiyyatlarla zənginləşdirilir. Kitabxananın fondu mühafizə olunur.  Oxuculara kitabxanadan istifadə qaydaları haqqında məlumat verilir. Yeni daxil olunmuş ədəbiyyatların təqdimatı keçirilir, yerli rayon qəzetində ədəbiyyat siyahıları oxucuların nəzərinə çatdırılır. Müxtəlif başlıqlarda əlamətdar tarixi günlərə, görkəmli şəxsiyyətlərin yubileylərinə, hüzn günlərinə  və s. mədəni- kütləvi tədbirlər təşkil edilir, sərgilər, fotosərgilər, güşələr yaradılır. Kitabxanada Azərbaycan Respublikası Prezidentinin sərəncamları, fərmanları, Azərbaycan dövlətinin qanunları, hüquqi biliklərin və hərbi vətənpərvərlik ədəbiyyatının təbliği əsas götürülür.