Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Prezident Tərtərdə-2016
3 Dekabr , 2016

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tərtərdə inşa edilmiş Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binasının açılışında iştirak ediblər. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Şahmat idmanının Azərbaycanda sürətli inkişafı və kütləviləşməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızın əksər şəhər və rayonlarında şahmat məktəbləri inşa edildi. Bu gün beynəlxalq şahmat yarışlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə hər cür şərait var. Bu ilin sentyabrında 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda yüksək səviyyədə keçirilməsi bunu bir daha sübut etdi. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində respublikamızın müxtəlif bölgələrində yeni şahmat məktəbləri inşa edilib. Bu məktəblər bütün zəruri avadanlıqla təchiz edilib. Tərtərdə yüksək zövqlə inşa edilən Uşaq-Gənclər Şahmat Məktəbinin binası da bu qəbildəndir.