Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Tədbirlər
15 May , 2018

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 11 aprel 2016-cı il tarixli 127 saylı Əmri ilə “Şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin fəaliyyətinin təkmilləşdirilməsinə, işlərinin optimallaşdırılmasına dair 2016-2018-ci illər üzrə Tədbirlər Planı”nın icrasına uyğun olaraq, Bərdə Regional Mədəniyyət və Turizm  İdarəsinin tapşırığı ilə əhalinin asudə vaxtının səmərəli təşkili məqsədi ilə  müasir dövrdə oxucuların, xüsusən gənclərin, yeniyetmələrin kitabxanalara cəlb edilməsi, mütaliə  marağının artırılması üçün   Tərtər rayon MKS-inin Mərkəzi və Şəhər kitabxanasında “Kitabxana  çay evi” yaradılmışdır.  Xidmətin bu növündən istifadə oxucuların böyük marağına səbəb olduğu üçün Tərtər MKS-inin kitabxana filialları bu işi  mütamadi olaraq davam etdirir. Belə ki, MKS-in  30 №-li Sarcalı, Qaraqoyunlu  kənd kitabxana filiallarında oxuculara səyyar kitabxana xidməti ilə yanaşı  çay dəsgahı da təşkil edilmişdir.

Foto Qalereya