Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Tədbirlər
8 May , 2018

Tərtər rayon MKS-inin Uşaq şöbəsində, Şəhər kitabxanasında, Qazyan kənd kitabxana filialında  Şuşa şəhərinin işgalının 26 –cı ildönümü ilə əlaqədar anım  günü tədbiri keçirilib.   Tədbirdə kitabxana işçiləri çıxış edərək bildiriblər ki, Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin  beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın  paytaxtı – Şuşa  şəhəri artıq 26 ildir ki, təcavüzkar erməni işğalı altındadır.  Biz inanırıq ki, vaxt gələcək  Şuşa düşmən işğalından xilas oalcaq. Biz buna əminik!

Kitabxanalarda “Şuşasız 26 il” başlıqlı sərgilər nümayiş olunub. Məktəblilər Vətənimizə, Şuşamıza   həsr olunmuş şeirlər söyləyiblər.

 

Foto Qalereya