Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Tədbirlər
10 May , 2018

Tərtər şəhərində 10  may 2018-ci il tarixdə  Azərbaycan xalqının  Umummilli lideri, ulu öndər  Heydər Əliyevin anadan olmasının 95- ci ildönümünə həsr olunmuş X ənənəvi  Kitab bayramı keçirildi.  MKS-nin, Mədəniyyət Mərkəzinin işçiləri və qonaqlar ulu öndərin abidəsi önünə gül dəstələri düzdülər. Sonra Heydər Əliyev adına parkında açıq səma altında təşkil olunmuş müxtəlif mövzularla kitab sərgiləri ilə tanış oldular. Tədbirdə 500-ə  yaxın müxtəlif elm sahələrinə aid  kitablar və elektron disklər nümayiş olundu.  Kitab sərgilərində “Dünya şöhrətli Siyasətçi”, “Azərbaycanın İşıqlı gələcəyi”, “Tariximizi, keçmişimizi unutmayaq”, Şəhidlər ölməz, Vətən bölünməz”,  “2018 -ci il Cümhüriyyət ilidir”,  

“ Azərbaycan Xalq Cümhuriyyəti-100”, “Nağıllar aləminə səyahət”,  məktəblilərin əl işlərindən ibarət  “Bacarıqlı əllər” sərgiləri böyük marağa səbəb olmuşdur. Eyni zamanda  məktəblilər arasında Heydər Əliyevin  95 illik yubilyinə həsr olunmuş  rəsm sərgisi  də  təşkil olunmuşdur. Məktəblilər Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirdilər.

 

 

Foto Qalereya