Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Tədbirlər
9 May , 2018

Tərtər rayon MKS-inin Şəhər kitabxanasında, Qazyan, Qaraqoyunlu, 36 №-li Qapanlı, İrəvanlı, Söylən  kənd kitabxana filialarında  Alman Faşizmi üzərində Qələbə günü ilə əlaqədar tədbirlər keçirilib.  Kitabxana işçiləri çıxış edərək bildirdilər ki, 1941-1945 illər dövründə Azərbaycan xalqı istər cəbhədə, istərsədə arxada misilsiz döyüş və əmək rəşadətləri göstərmişdir.  100-dən çox azərbaycanlı ən yüksək hərbi ada Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.  Tədbirlərdə  “9 may- Qələbə günü” başlıqlı sərgilər nümayiş olundu.  Məktəblilər qələbəyə həsr olunmuş şeirlər söylədilər.

 

Foto Qalereya