Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Tədbirlər
8 May , 2018

Tərtər rayon MKS-inin  Oxuculara  xidmət şöbəsində  08 may 2018-ci il tarixdə Şuşanın erməni qəsbkarları tərəfindən  işğalının 26 –cı ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib. Tədbirdə MKS-in Mədəniyyət Mərkəzinin işçiləri və fəal oxucular iştirak ediblər.  Tədbiri  giriş sözü ilə  Oxu zalının müdiri Sevda İsgəndərova açdı. Tədbirdə iştirak edənlərdən Ətrabə Süleymanova, Şəlalə Əliyeva, Mahizər Ələkbərova, Zakir Niftalıyev, Kəmalə İsmayılova, Kifayət Cavadova, Müzəyyəm Quliyeva, Xalidə Muradova və başqaları Azərbaycanın tarix  və mədəniyyət incisi olan Şuşa  şəhəri haqqında  öz xatirələrini söylədilər. Sonda  “Şuşasız 26 il”  başlıqlı sərgi nümayiş olundu.

 

 

Foto Qalereya