Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Tədbirlər
4 Yanvar , 2018

 

Yanvar ayının 4-də  Tərtər rayon  MKS-nin  oxuculara  xidmət  şöbəsində  Xalq  artisti, Əməkdar  incəsənət  xadimi  Elza  İbrahimovanın 80 illik  yublileyi  ilə  əlaqədar Dəyirmi  masa keçirilib. Tədbirdə  bəstəkarın  həyatı və yaradıcılığı  haqqında  geniş məruzə  oxunub. Çıxış edənlər  Elza İbrahimovanın  mahnılarının  əksəriyyətinin , estirada üslubunda yazıldığını  xüsusiyylə  qeyd  ediblər. Beləki,onun  mahnılarında  dövrün  müasir ritmləri, tanqo, vals  kimi rəqs elementləri  üstünlük təşkil edir. Tədbirdə  “Elza İbrahimova-80”  başlıqlı sərgi  və videoçarx  nümayiş edilib.