Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Tədbirlər
3 Noyabr , 2017

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 02 noyabr 2017-ci il tarixdə Uşaq yazarları regionlara  səfər etmişlər. Həmin tarixdə uşaqların sevimlisi “Sehirli dünya” uşaq jurnalının baş redaktoru, uşaqlar arasında nağıl yazarı,  “Gülzar nənə”  kimi tanınan, hətta böyüklər tərəfindən  öz şeirləri ilə sevilən  hörmətli Xanım Gülzar İbrahimova  Tərtər bölgəsində olmuşdur.  Tərtər rayon Mədəniyyət Mərkəzində təşkil edilmiş  görüşdə valideyinlər, müəllimlər, mədəniyyət işçiləri,  uşaqlar iştirak etdilər. Uşaqlar sevinərək onu  gül –çiçək dəstələri ilə qarşıladılar. Tədbirdə Gülzar Xanım yeni  şeirlər oxudu. Uşaqlar  Gülzar nənə ilə şəkil çəkdirdilər, rəqs etdilər, çox sevindilər.

Hörmətli yazarımız tədbirin sonunda uşaqlara kitablarından hədiyyə verdi, xatirə şəkilləri çəkdirdi.

Foto Qalereya