Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Şəhidlərimiz
13 Aprel , 2017

Vüqar Yusifov 1976-cı ilin 2 noyabr günündə Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1983-cü ildə Şiştəpə kənd orta məktəbinin birinci sinfinə gedən Vüqar Yusifov 1993-cü ildə həmin məktəbi bitirdi. Elə həmin il Türkiyə Respublikasında Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olan Vüqar Yusifov 1997-ci ildə leytenant rütbəsi aldı və bir il sonra həmin hərbi ali məktəbi bitirdi.

Vüqar Yusifov 2004-cü ildə Lalə Əliyeva ilə nişanlandı, 2006-cı ildə isə ailə həyatı qurdu. Bu nigahdan onların üç övladı var idi; Ayan Yusifzadə (d. 2007), Aytən Yusifzadə (d. 2009) və Yusif Yusifzadə (d. 2014).

Polkovnik Vüqar Yusifov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 6-sı isə Vüqar Yusifov doğulduğu Şəmkir rayonunun Şiştəpə kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və polkovnik Yusifov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Vüqar Yusifov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edildi.