Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Şəhidlərimiz
11 Aprel , 2017

Urfan Vəlizadə 1978-ci ilin 1 noyabr günündə Bakı şəhərində anadan olub. Məktəbi bitirən kimi Türkiyə Hava Hərbi Məktəbinə daxil olan Urfan Vəlizadə burada beş il təhsil aldı və 2001-ci ildə Azərbaycanda xidmətə başladı.

Urfan Vəlizadə 2006-cı il 26 iyunda Könül xanım ilə ailə həyatı qurdu; Zəhra (23.03.2008) və Betül (14.03.2015) adında iki qız övladı yadigar qalıb.

Mayor Urfan Vəlizadə özündən başqa baş leytenant Əbu Bəkir İsmayılov və mayor Təbriz Musazadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmaya qatıldı. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vuruldu və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid oldu. Onların nəşi aprelin 10-u neytral ərazidən götürüldü.

Aprelin 11-i isə Mi-24 helikopterinin pilotları Urfan Vəlizadə, Əbu Bəkir İsmayılov və Təbriz Musazadə, həmçinin döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev ilə vida mərasimi baş tutdu. Vida mərasiminə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, habelə mayor Ramil Səfərov və bir sıra digər rəsmi şəxslər qatıldı. Mərasimdə çıxış edən general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun Aprel döyüşlərində qazandığı qələbədən və şəhidlərin qəhrəçmanlığından danışıb. Daha sonra şəhidlər Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda izdihamla son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidlərin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və şəhidlər uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Urfan Vəlizadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.