Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Şəhidlərimiz
10 Aprel , 2017

Mühid Orucov 1984-cü ilin 13 iyul günündə Qazax rayonunun Fərəhli kəndində anadan olub. Mühid Orucov Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. Mühid Orucov ailəli idi, 5 yaşında əkiz oğlanları yadigar qalıb.

Kapitan Mühid Orucov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 12-si isə Mühid Orucov doğulduğu Qazax rayonunun Fərəhli kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kapitan Orucov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Mühid Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.