Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Şəhidlərimiz
1 Aprel , 2017

Fəxrəddin Qurbanlı 1994-cü ilin 13 yanvar günündə Bakı şəhərində anadan olub. Fəxrəddin Qurbanlı 2011-ci ildə orta təhsilini başa vurdu və Azərbaycan Universitetinin "Sosial iş" fakültəsinə daxil oldu. Fəxrəddin Qurbanlı həmdə Aprel döyüşləri zamanı şəhid olan digər əsgər Mahir Mirzəyev ilə qohum idi.

Fəxrəddin Qurbanlı 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-u isə Fəxrəddin Qurbanlı doğulduğu Bakı şəhərinin Sabunçu rayonunda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Qurbanlı uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Fəxrəddin Qurbanlı ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.