Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Şəhidlərimiz
1 Aprel , 2017

Əlizaman İslamov 1997-ci ilin 12 iyun günündə Lənkəran şəhərinin Cil kəndində anadan olub.

Əsgər Əlizaman İslamov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 6-sı isə Əlizaman İslamov doğulduğu Lənkəran şəhərinin Cil kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər İslamov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Əlizaman İslamov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.