Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Şəhidlərimiz
1 Aprel , 2017

Cabbarxan Hacıağayev 1996-cı ilin 4 avqust günündə Bakı şəhərində anadan olub.

Əsgər Cabbarxan Hacıağayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-i isə Cabbarxan Hacıağayev doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Hacıağayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Cabbarxan Hacıağayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.