Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Tədbirlər
28 Dekabr , 2016

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram tədbiri keçirilib.  Tədbir iştirakçıları əvvəlcə meydanda Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər. Bayram tədbirində rayon ictimaiyyəti, əmək kollektivləri, gənclər, məktəblilər iştirak ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri əlamətdar bayramlar münasibətilə təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən, 2016-cı ildə qazanılan uğurlardan, insanların rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, bu gün Sizlərlə birgə ulu Öndərin adını daşıyan meydanda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramını qeyd edirik. Dekabrın əvvəlində isə bu meydanda Sizinlə birgə Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladıq. Möhtərəm Prezidentimiz və onun xanımı bizimlə birgə rayonumuza içməli su xəttinin, şahmat məktəbinin, YAP rayon təşkilatının inzibatı binasının, 100 yerlik uşaq bağçasının, Sarıcalı kəndində Tərtər çayı üzərində salınmış yeni körpünün, “N” saylı hərbi hissənin açılışında iştirak etdi, rayon ictimaiyyəti ilə görüşdü, aprel hadisələrində dağılmış evlərin təmiri ilə maraqlandı, Xasay İbrahimovun evində ailə üzvləri ilə birlikdə çay süfrəsi arxasında əyləşdi. Bütün bunlar biz tərtərlilərə göstərilən diqqət və qayğının təcəssümüdür.

Çıxışının sonunda rayon rəhbəri  bütün Azərbaycan xalqını 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə səmimi qəlbdən təbrik etdi, onlara xoş ovqat, can sağlığı, arzularınızın gerçəkləşməsini dilədi.

Bir neçə saat davam edən bayram şənliyində Şaxta baba və Qar qız tədbir iştirakçılarına Yeni il arzularını çatdırdı, uşaqlarla birgə rəqs etdi. Rayonun musiqi kollektivləri rəngarəng konsert proqramı ilə iştirakçılarda xoş ovqat yaratdılar.