Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Şəhidlərimiz
4 Mart , 2015

 1952-ci il fevral ayının 28-də Tərtər rayonunun İlxıçılar  kəndində anadan olub.1958-1968-ci illərdə Qaraqoyunlu kənd  məktəbində  orta təhsil alıb. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutununa daxil olub. 1973-1975-ci illərdə Gürcüstanda zabit kimi hərbi xidmətdə olub. 1991-ci il sentyabr ayının 22-də rayonda ərazi özünəmüdafiə qərərgahı təşkil edib, onun rəisi olub.1991-ci il noyabrın 12-də “Tərtər”  batalyonuna ilk komandir təyin edilib. Batalyona  komandirlik etdiyi müddət ərzində də bu məqsədinə nail olmuşdur. Onun qoyduğu bu məqsədi batalyon onun həlakından sonra da davam etdirdi. Tərtər batalyonunun  döyüşdüyü Ağdərə bölgəsinin Seysulan, Yarımca, Çaylı, Marquşavan, Marağa, Həsənqaya, Levonarx, Kasabet, Drambon,  Maqavuz, Çıldıran və digər yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsi  uğrunda gedən qanlı döyüşlərdə fədakarlıqlar göstərmiş düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsində onun komandirlik etdiyi batalyonun xüsusi rolu olmuşdur. Yüksək peşəkar zabit hazırlığına məxsus olan E. Hüseynov vuruşmalarda  3 dəfə yaralansa da öz döyüş yolundan dönməmişdir.

1993-cü il yanvar ayının 14-də Vəng kəndinin azad olunması uğrunda gedən qanlı döyüşdə o, qəhrəmancasına şəhid oldu. Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə  qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidliyə və şücaətə görə 1995-ci il yanvar ayının 15-də ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmani” adı verildi.

Evli idi . Emin adlı bir oğlu, Lalə və Nərgiz adlı iki qızı yadigar qalıb. Qaraqoyunlu kənd qəbiristanlığında dəfn edilib.Tərtər şəhərinin ən böyük küçələrindən biri adını daşıyır.