Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Görkəmli şəxsiyyətlər
20 Noyabr , 2015

Abbasov Vaqif Məhərrəm oğlu

1952-ci il oktyabrın 5-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsini bitirib. 1973-1978-ci illərdə Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında oxuyub. Elmlər namizədi adını alıb. 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1992-ci ildə professor adını alıb. 1978-1981-ci illərdə Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi, 1981-1984-cü illərdə isə baş elmi işçi olub. 1984-cü ildən Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya rəhbəridir.
1992-1999-cu illərdə Təhsil Nazirliyində Vahid Elmi-Metodiki Şuranın kimya bölməsinin sədr müavini olub.
Hazırda Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya rəhbəri, TQDK nəzdində kimyadan ekspertin və seminarın sədri, Təhsil Nazirliyi nəzdində məktəblilərin kimya olimpiadasını keçirən münsiflər heyətinin sədri, Təhsil Nazirliyinin Elmi Metodik Şurasının “Kimya və kimya texnologiyası” bölməsinin sədri, Respublika Korroziya cəmiyyətinin vitse-prezidenti, “Kimya məktəbdə” jurnalının baş redaktoru, “Neft Kimyası və Neft Emalı prosesləri” jurnalının baş redaktorunun müavini, Bakı Dövlət Universitetinin professorudur. 2005-ci il noyabır ayının 4-də Azərbaycan Respublikası prezidentinin fərmanı ilə “Azərbaycanın əməkdar müəllimi” fəxri adına laiq görülüb, Milli Elmlər Akademiyasının müxbir üzvüdür, 200 elmi əsərin, dərsliklərin, monoqrafiyaların müəllifidir.