Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Görkəmli şəxsiyyətlər
22 Noyabr , 2015

Əliyeva Tamara Abbas qızı 1 yanvar 1928-ci ildə Mirbəşir rayonunun Bərgüşad kəndində (indiki Tərtər rayonunun Qazyan kəndi) anadan olmuşdur. Tibb elmləri doktoru (1964), professor (1965). Torakal cərrahlıq sahəsində ilk azərbaycanlı cərrah qadın, alim. 
Azərbaycan Dövlət Tibb Universitetinin operativ cərrahlıq kafedrasının professoru olmuşdur. Tədqiqatı, əsasən, ağ ciyər və tənəffüs borusunun salamat və yaman şişlərinə həsr olunmuşdur. 30 iyun 2002-ci ildə Bakı şəhərində vəfat etmiş və İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur. Tamara xanım 1991 ilin 9 yanvarında şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anasıdır.