Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Görkəmli şəxsiyyətlər
23 Noyabr , 2015

Paşayev Sabir Hümbət oğlu

Paşayev Sabir Hümbət oğlu 29 fevral 1930-cu ildə anadan olub. 1937-47-ci illərdə orta təhsilini başa vurmuş, 1947-49-cu illərdə Ağdam şəhər 2 illik Pedoqoji məktəbini bitirmişdir. Təyinatla Tərtərin Borsunlu kəndinə göndərilmişdir.1952-57-ci illərdə N.Tusi adına ADPU-nun riyaziyyat fakultəsində ali təhsil almışdır. Rayonun Hacıqərvənd, Cəmill, Sarov kəndlərində müəllim kimi fəaliyyət göstərmişdir.1969-cu ildə Tərtər şəhəri 2 saylı orta məktəbinə direktor vəzifəsinə irəli çəkilmişdir. 2 saylı orta məktəbi respublikada ən qabaqcıl məktəblər sırasına çıxarmışdır. Sonra 4 və 1 saylı orta məktəblərdə də direktor və ömrünün sonunadək rayon təhsil şöbəsində məsul vəzifələrdə işləmişdir. 
Böyük Vətən Müharibəsi illərində atasını itirmiş, kiçik yaşlarında ailənin yükü Sabir müəllimin üzərinə düşmüşdür.Erkən yaşlarından atasının faciəli ölümünə, anasına, vətənə həsr etdiyi xırda şerlərlə ədəbi yaradıcılığa başlamışdır.
Azğın ermənilərin bizimlə torpaq iddiasına düşdüyü gündən nə gecəsi vardı, nə gündüzü. Tərtər özünümüdafiə batalyonu yaranan bir gündən günlərinin əksəriyyətini həmin batalyonda, döyüşçülərin yanında keçirərdi. 
....Sabir müəllim güclü zəkaya, dərin iradəyə, həddindən artıq uzaqgörənliyə malik olduğundan 1988-ci ilin fevral ayından murdar qonşularımızın planlı hərəkətlərini aydınca hiss edirdi. Bu, onun ayrı-ayrı qəzet səhifələrindəki çıxışlarından da görünürdü. Onun xəstə urəyi erməni qatillərinin hər cinayətindən ağır zərbə alırdı. 20 yanvar, Qarakənd faciələri, Salatın Əskərovanın faciəli ölümü və sair hadisələr onun ömrünü alırdı. O cür incə, həssas, nəcib ürək bu qədər dəhşətlərə necə dözərdi? Dözmədi! 1992-ci il 20 yanvar faciəsinin ildönümünə baxarkən xalqımızın başına gətirilən müsibətlərə dözməyərək ürəyi dayandı. 1992-93-cü illərdə Sabir Paşayevin iki övladı- Ədalət və Evarist Paşayev Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.... 
2002-ci ildə “Ekologiya” nəşriyyatı tərəfindən Sabir müəllimin “Bir qonağam mən” şerlər kitabı çapdan çıxmış, 2002-2003-cü illərdə “Vətən”, “Ovqat”, “Dövran” kitablarında silsilə şerləri dərc edilmişdir.