Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Rayon haqqında
17 Oktyabr , 2015

1934-cü ilin aprel ayında Maşın Traktor Stansiyasının siyasi orqanı kimi yaradılmış Tərtər rayon qəzeti "Kolxozçuların varlanması yolunda" adı ilə həftədə bir dəfə nəşr edilməyə başlamış, 1937-ci ildən "Qızıl bayraq" adı ilə 3000 nüsxə, İkinci dünya müharibəsi illərində isə 1000 nüsxə tirajla nəşr edilmişdir. 1963-1965-ci illərdə Tərtər rayonu Bərdə rayonu ilə birləşdiyinə görə "Qızıl Bayraq" qəzeti Bərdə rayonunun "Kommunizm yolu" qəzeti ilə birləşdirilmiş, 1966-cı ildən yenidən "Qızıl bayraq" adı ilə nəşr edilmişdir. 1998-ci ildən 2005-ci ilədək qəzet fəaliyyət göstərməmişdir. Uzun fasilədən sonra 2005-ci ilin avqust ayının 20-dən etibarən Tərtər rayon qəzeti "Yeni Tərtər" adı ilə yenidən nəşr edilməyə başlamışdır.