Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Rayon haqqında
21 Oktyabr , 2015

Aslan Kərimov 1954 - cü il  noyabr ayının 12-  də dünyaya göz açmışdı. Tərtər şəhər 1 nömrəli orta məktəbinin rus bölməsini bitirmiş, hərbi xidmətini keçmiş Sovet ordusu sıralasrında başa vurmuşdu.

Ali təhsilini 1975 - 1979 - cu illərdə Moskva  Kooperativ İnistitutunun Bakı filialında alan Aslan, Qarabağ müharibəsi başlayana qədər ayrı – ayrı illərdə Tərtər suvarma sistemləri idarəsində, rayon istehlak cəmiyyətində və rayon ictimai iaşə birliyində müxtəlif  vəzifələrdə  çalışmışdır. 1988 – ci ildən “VAZ”   Ticarət Şirkətinin satış mağazasının müdiri işləyirdi.

1991- ci ildən Aslan Kərimov könüllülərdən  ibarət Milli Ordu sıralarına daxil olmuşdur. Rota komandiri kimi bir sıra döyüş əməliyyatların hazırlanmasında və həyata keçirilməsində şəxsi fədakarlıq gösdərmişdir. 1992- ci ilin 13 avqustunda Ağdərə bölgəsinin Moxratar kəndi yaxınlığında qəflətən partlayan mina Aslan Kərimovun 38 illik ömrünə son qoymuşdur. Kapitan Aslan  Kərimovun  döyüş yolu qısa olsa   da, şərəflidir. O, Ağdərə rayon mərkəzi  də daxil olmaqla,  Leninavan, Marquşevan, Marağa, Çaylı, Levonarx, Ulu Qarabəy, Kasapet, Mehratac, Çardaxlı, Metişen kəndlərinin və Sərsəng Su Anbarının düşməndən azad edilməsində  misilsiz xitmətlər göstərib.

Özündən sonra , özünə,  ailəsinə və vətəninə layiq İsmayıl adlı oğlu yadigar qalıb.