Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Rayon haqqında
25 Oktyabr , 2015

Qarabağa çox yaxın olan Tərtər erməni təcavüzündən kifayət qədər əziyyət çəkib. Hal-hazırda Ağdərə rayonundan rayonun tabeliyinə verilmiş yaşayış məntəqələri işğal altındadır. Rayonun bir neçə kəndi cəbhədə yerləşdiyindən Tərtər ətrafında tez-tez döyüşlər gedir. Müharibə dövründə Tərtər rayonundan 307 nəfər şəhid olub, 2 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür: Elman hüseynov və Vəzir Orucov.  Son 5 il ərzində 15 nəfər tərtərli ermənilərin basdırdığı minalara düşüb. 

Ermənilər I Qarabağ müharibəsi dövründə cəbhənin Goranboy və Tərtər istiqamətinə perspektivli ərazi kimi yanaşıblar. Onlar istər 1992-ci ildə, istərsə də 1994-cü ildə əsas diqqəti cəbhənin bu istiqamətinə yönəldiblər. O dövrdə Tərtər istiqamətində döyüşlərdə iştirak etmiş zabitlərin sözlərinə görə, 1994-cü ilin yanvar ayında ermənilərin hərbi qüvvə və texnikasının demək olar 45-50 faizi və 10 min nəfərə yaxın şəxsi heyəti məhz cəbhənin bu istiqamətində cəmləşdirilmişdi.  2010-cu ilin iyunun 19-da Tərtərin Çaylı kəndi uğrunda gedən döyüşlərdə Azərbaycan ordusunun əsgəri Mübariz İbrahimov çoxlu sayda erməni əsgərini öldürərək şəhid olub. Mubariz İbrahimov bu igidliyinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. İndiki dövrdə belə Ermənistanda Mübariz İbrahimov haqqında danişmağa qadağa qoyulub.  Bundan sonra erməni ordusunun əsgərləri bir neçə dəfə Tərtər istiqamətindən cəbhə xəttini yararaq Azərbaycan ərazisinə daxil olmağa çalışsalar da, onların bu cəhdlərinin qarşısı qətiyyətlə alınıb və düşmən ordusu itki verərək geri çəkilib.