Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Rayon haqqında
26 Oktyabr , 2015

Bəşər tarixinin ən ağır və dəhşətli səhifələrindən olan Böyük Vətən müharibəsi 1941-ci il iyunun 22-də  başladı.  Həmin  gün faşist Almaniyası müharibə elan etmədən Sovet İttifaqına hücum etdi. Ölkənin ordu və əhalisi buna hazır deyildi. Müharibənin ilk günündə 1200 sovet təyyarəsi məhv edildi. Qırmızı Ordu motorlaşdırılmamışdı, 30-cu illərin sonunda həyata keçirilmiş Stalin repressiyalarının nəticəsində komanda heyəti az təcrübəli sərkərdələrdən ibarət idi. Ali baş komandan isə bütün bu vaxt ərzində özünü itirmiş vəziyyətdə idi və sovet xalqına yalnız iyulun 3-də müraciət etdi.
Bu müharibədə neftlə zəngin Bakı Hitlerə rahatlıq vermirdi. Alman qoşunları Qafqaza yaxınlaşırdılar. Hətta Bakının işğalı tarixi də təyin olunmuşdu – 25 sentyabr 1942-ci il. 1941-ci ildən 1945-ci ilədək davam etmiş müharibə zamanı ordu sıralarına Azərbaycandan 600 min nəfərdən çox insan cəlb olunmuşdu.
Azərbaycan SSR-in ərazisində 87 tabor, 1123 özünümdafiə dəstəsi yaradılmış, 77-ci atıcı, 223-cü atıcı, 396-cı atıcı, 402-ci atıcı və 416-cı atıcı diviziyalar formalaşdırılmışdı.
Böyük Vətən Müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlara görə 128 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adını aldı, Həzi Aslanov isə iki dəfə bu şərəfli ada layiq görüldü. Sovet İttifaqı qəhrəmanı adını alanlardan 42-i nəfər milliyyətcə azərbaycanlı idi, onlardan 14-ü ölümündən sonra bu ada layiq görülmüşdü.
İlk Sovet İttifaqı Qəhrəmanı adını almış azərbaycanlı isə leytenant İsrafil Məmmədov oldu.  

 

Böyük Vətən müharibəsi illərində doğma Tərtərimizin də 2417 nəfər oğlu və qızları alman faşizminə qarşı igidliklə döyüşmüşlər. Onlardan 1079 nəfəri müharibədə həlak olaraq əbədiyyətə qovuşmuşdur. Müharibə zamanı həmyerlilərimizdən İdris ibadov, Həbib Abbasov, Xalid Səfərov, Xosrov Əhmədov, İlyas Abdullayev, Musa Qaraşov, Həbib Qarayev, Kiçikağa Abbasov, İsmayıl Yunusov, Firudin Vəliyev və başqaları şərəfli döyüş yolu keçmişlər. Göstərdikləri igidliklərə görə onlar orden və medallarla təltif olunmuşlar.
O zaman arxa cəbhədə də insanlar qələbə üçün əllərindən gələni əsirgəmir, əsil əmək hünəri göstəriridilər. Müharibə illərində “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” çağırışına ilk səs verənlərdən biri də Tərtər rayonunun zəhmətkeşləri olmuşdur.
Müharibənin ilk üç ayı ərzində rayonumuzdan ölkənin müdafiə fonduna 9688 nəfər 81,805 manat nəğd pul, 11 baş qaramal, 157 baş qoyun-keçi, 12120 manatlıq dövlət zayomu və başqa qiymətli əşyalar vermişlər.
1942-ci ilin payızında Tambov vilayətinin kolxozçularının vətənpərvərlik təşəbbüsü respublikamızda da geniş yayıldı. “Azərbaycan kolxozçusu” tank kaloniyasının yaradılması təşəbbüsünə qoşulanlardan biri də Tərtər rayonu olmuşdur. 1942-ci ilin dekabr ayının 31-nə olan bir məlumatda göstərilir ki, tank kaloniyası yaradılması məqsədi ilə Tərtər rayonunun kolxozçuları nəqd yolu ilə 2 milyon 20 min manat toplamış və Dövlət Bankına keçirmişlər.
Hazırda rayonumuzda 11 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır. Onlardan 2 nəfəri I, 3 nəfəri isə II qrup əlildir. Veteranlarımızın hər biri bizim üçün çox əziz insan, əsil həyat məktəbi, canlı tarixdirlər. 70 illik tarixi yol keçmiş bu qələbə bayramının şərəfini uca tutmaq, hər bir veterana diqqət və qayğı göstərmək, onları anmaq hər birimizin müqəddəs borcudur.

 

Bunlar:

  1. Zamanov Müzəffər Xankişi oğ.  01. 07. 1920, Nizami 29, iştirakçı
  2. Namazov Savalan Rəhim oğ.    01. 07. 1924, H. Əliyev 23, I qrup
  3. Məmədov Hümbət Hüseyn oğ. 15 01. 1924, Qapanlı, iştirakçı
  4. Behbitov Vəli Məcid oğ. 01. 07. 1925,    Qaynaq, iştirakçı
  5. Yunisov  İsmayıl Həsən oğ. 01. 07. 1925, Qaraqoyunlu, II qrup
  6. Babayev Abbasqulu Musa oğ. 01. 07. 1924, Evoğlu, I qrup
  7. Abbasov Musa Əliş oğ. 01. 07. 1924, Hacıqərvənd, I qrup
  8. Vəliyev Firidun Həsən oğ. 01. 07. 1924, Seyidimli, II qrup
  9. Burcəliyev  Cavanşir  Talıb oğ. 01. 01. 1922, Dəmirçilər, iştirakçı

10. İsmayılov Cəmil Qoşqar oğ. 01. 07. 1922, Borsunlu, iştirakçı

11. Vəliyev Dilman,  Sarov k.

 

 

Azərbaycanlı Sovet  ittifaqı Qəhrəmanları.

 

  1. Abbas Quliyev (1945)
  2. Adil Quliyev (1945)
  3. Ağaşirin Cəfərov (1943)
  4. Aslan Vəzirov (1945)
  5. Bahəddin Mirzəyev (1945)
  6. Bəkir Mustafayev (1944)
  7. Cəmil Əhmədov (1945 ölümündən sonra)
  8. Əlif Piriyev (1945)
  9. Əmin Məmmədov (1944 ölümündən sonra)
  10. Əvəz Verdiyev (1944)
  11. Fariz Səfərov (1944)
  12. Gəray Əsədov (1945 ölümündən sonra)
  13. Həbibulla  Hüseynov (1945 ölümündən sonra)
  14. Həzi Aslanov (1942), (1991 ölümündən sonra)
  15. İdris Süleymanov (1942)
  16. İsmail Bayramov (1945)
  17. İsrafil Məmmədov (1941)
  18. Mehdi Hüseynov (1957 ölümündən sonra)
  19. Mehdi Quliyev (1943)
  20. Məhərrəm Dadaşov  (1945 ölümündən sonra)
  21. Məlik Məhərrəmov (1943)
  22. Məmiş Abdullayev (1945 ölümündən sonra)
  23. Məmməd Məhərrəmov (1944)
  24. Məmməd Məmmədov (1945 ölümündən sonra)
  25. Mərdan Musayev (1944)
  26. Məstan Əliyev   (1945 ölümündən sonra)
  27. Mikayl Əkbərov     (1943 ölümündən sonra)
  28. Mirzə Cəbiyev (1943)
  29. Mirzə Vəliyev   (1945 ölümündən sonra)
  30. Müseyib  Allahverdiyev   (1945)
  31. Müseyib Bağırov (1944)
  32. Nəcəfqulu Rəfiyev  (1944)
  33. Qafur Məmmədov   (1943 ölümündən sonra)
  34. Qəzənfər Əkbərov (1944 ölümündən sonra)
  35. Səlahəddin Kazımov (1943)
  36. Səməd Abdullayev (1943)
  37. Şəmsulla Əliyev   (1944 ölümündən sonra)
  38. Şirin Şükürov (1945)
  39. Xəlil Məmmədov (1945)
  40. Xıdır Mustafayev (1944)
  41. Yusif Sadıqov (1945)
  42. Ziya Bünyadov (1945)