Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Haqqımızda
25 Fevral , 2015

Tərtərdə Murtuza bəy tərəfindən 1901-ci ildə Rus-Tatar məktəbi təşkil edilmiş və ilk kitabxana da həmin məktəbdə yaradılmışdır. 
1950-ci ildən sonra Tərtərdə kitabxanaların sayı çoxalmışdır. 1982-ci ildən Tərtər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi təşkil olunmuşdur. Hal-hazırda Tərtərdə 1 Mərkəz, 1 Şəhər, 40 kənd kitabxana filialı fəaliyyət göstərir. MKS-nin nəznində Metodika-biblioqrafiya, Komplektləşdirmə və kitabişləmə, Oxuculara xidmət, Metodika və biblioqrafiya, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, İnformasiya-resurs və Uşaq şöbəsi fəaliyyət göstərir. 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2011-ci il tarixli 162 saylı qərarına əsasən Tərtər rayon MKS-nın yeni strukturu yaradılmışdır. Yeni struktura əsasən İmformasiya-Resurs, şöbələri yaradılmış, 9 kənd filial kitabxana birləşdirilmişdir.Hazırda 2 yeni şöbə ilə yanaşı metodika, kitabişləmə, xidmət, uşaq şöbələri də fəaliyyət göstərir.Mks rayon və kənd əhalisinə, hərbiçilərə, qaçqın və məcburi köçgünlərə kitabla xidmət işini yerinə yetirir. Rayonun 24500-dən yuxarı əhalisi 195300 kitab fondundan istifadə edir. Hazırda kitabxan fondlarında 70000 latın qrafikalı yeni ədəbiyyat komplektləşdirilmişdir. 1000-ə yaxın multimedia nəşrləri Kitabxana-kitab mağazasından müqavilə əsasında alınmış, elektron disk fondu yaradılmışdır. 
Kitabxana işçilərinin əksəriyyəti kompyuter biliklərinə yiyələnmişdir. Hazırda MKS-də bütün şöbələr kompyuterlə təmin edilmişdir. MKs-nin nəznində 104 kitabxan işçisi çalışır. Bunlardan 22-si ali ixtisas, 69-u orta ixtisas, 13-ü orta təhsillidir. MKS-nin veb saytı yaradılmışdır. Əsaslı binası yoxdur.Rayon mədəniyyət evinin binasinda yerləşir.