Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Haqqımızda
24 Fevral , 2015

Tərtər rayon MKS- nin direktoru Qurbanova Ulduzə Cəmşid qızı 3 sentyabr 1959- cu il tarixdə Tərtər rayonunun Düyərli kəndində anadan olmuşdur. Ali ixtisas təhsillidir. 1982- ci ildə ADU- nun Kitabxanaçılıq fakültəsini qırmızı diplomla bitirmiş, kitabxanaşünas- biblioqraf ixtisasına yiyələnmişdir. 1982- ci ildən 1988- ci il tarixə kimi Tərtər MKS-də baş kitabxanaçı vəzifəsində işləmiş, rayonda kitabxana işinin təşkilinə səylə çalışmışdır. Göstərdiyi etimada görə 1988- ci ilin fevral ayından Tərtər rayon MKS- nin direktoru vəzifəsinə təyin edilmişdir. Tərtər müharibə illərində kitabxanaların, kitabxana fondlarının arxa cəbhədə qorunması mühafizəsi işini təşkil etmişdir. 1993- cü ildən YAP-ın üzvüdür. Rayonun ictimai- siyasi həyatında fəaldır. İşlədiyi müddətdə Fəxri- fərmanlarla təltif edilmişdir. Məlahət Həsənovanın Heydər Əliyev və Azərbaycan Dövlətçiliyində Qadın Məsələsi kitabında Ulu Öndər H. Əliyevlə xatirə şəkili çəkdirmişdir.