Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Xəbərlər
22 Oktyabr , 2015

Oktyabrın 22-də Tərtər şəhər Gənclər Mərkəzində Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Cəbhə bölgələrində yaşayan gənclərə təhlükəsizlik qaydalarının təbliği" layihəsi çərçivəsində tədbir keçirilmişdir. Tədbirdə çıxış edən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi”nin sədri Emin Həsənli cəbhəyanı ərazilərdə yaşan insanların əsasən də gənclərin ayıq sayıq olmalarını, şübhəli əşyalardan qorunmalı, eyni zamanda yad insanlar gördükdə lazımi dövlət orqanlarına məlumat verməli olduqlarını diqqətə çatdırmışdır. Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov bildirmişdir ki, düşmənlə təmas xəttində yaşan insanlar, o cümlədən gənclər daima təhlükəsizlik qaydalarına əməl etməli, eyni zamanda özlərindən kiçik yaşlı uşaqları bu sahədə bilgiləndirməlidirlər.