Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Xəbərlər
22 Oktyabr , 2015

Rayonun Mərkəzi Meydanında rayon icra hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi ilə birlikdə hərbi xidmətdən tərxis olmuş gənclərin qarşılanma mərasimini keçirmişdir.   Mərasimi giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Ruslan Quluyev açaraq gənclərə ordu quruculuğunda görülən işlərdən danışmış, bildirmişdir ki, Azərbaycan Ordusunun güclü maddi-texniki bazası, şəxsi heyyəti, yüksək döyüş və mənəvi-psixoloji hazırlığı vardır. Xalqla ordunun birliyi möhkəmdir.  Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov gəncləri salamlayaraq onların valdeyinlərinə gözaydınlığı verdi. O, ordu quruculuğundan, ölkə rəhbəri tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan, 48 km təmas xətti olan Tərtər rayonunun ön cəbhədə yerləşən kəndlərində aparılan tikinti-abadlıq işlərindən, onların sosial problemlərinin həllindən, şəhid ailələrinə, müharibə veteranları və əlillərə göstərilən qayğıdan, şəhidlərin adlarının əbədiləşdirilməsindən, həmin küçələrə  Azərbaycanın Milli Qəhrəmanları Vəzir Orucovun, Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun, şəhid İlqar Həsənovun adlarının verilməsindən, qeyd olunan küçələrdə aparılan abadlıq işlərindən, küçələrin girişində onların baralyeflərinin hazırlanıb qoyulmasından danışdı. Sonra xidmətdə fərqlənmiş bir qrup gəncə rayon icra hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən qiymətli hədiyyələr təqdim olundu.  Tədbir rayon mədəniyyət evinin hazırladığı konsert proqramı ilə davam etdi.