Tərtər rayon Mərkəzi kitabxanası

Tərtər rayon MKS
Xəbərlər
26 Oktyabr , 2015

 Avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən Azərbaycan Milli Kitabxanasında  silsilə treninqlər keçirilib.

 “Kitabxanalarda  informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində  “ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARS-21” növbəti 10 günlük treninqə Tərtər rayonundan  da iştirakçı dəvət olunmuşdur.

Milli Kitabxananın və “Ultra” şirkətinin əməkdaşlarının keçirdiyi treninqdə Yevlax,  Laçın, Füzuli, Tərtər, Lerik, Xocəvənd, Qəbələ,  Ağdam rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Respublika Gözdən Əlillər Kitabxanasından mütəxəsislər iştirak ediblər. İştirakçılar  Milli Kitabxanada gedən yeni iş üsulları, yeni xidmət növləri ilə tanış olublar və sonda iştirakçılara sertifikatlar  təqdim olunub.